Bakıda məscidi yandırdılar

Bakıda məscidi yandırdılar
Bütün Xəbərlər
11:41 26.11.2014
4098
Noyabrın 26-da 01:55 radələrində naməlum şəxslər Qaraçuxur məscidini yandırıb.
Hafta.az-ın məlumatına görə, bunu məscidin axundu Mirmahmud Fəttayev deyib. Məscid axundunun sözlərinə görə, Allah evinə 6-7 min manat həcmində ziyan dəyib: “Məscidin xalça və gəbələri tamamilə yanıb. Pənəcərə şüşələri sındırılıb”.
Mirmahmud Fəttayevin sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil: “Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o, yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb.
Hazırda polis hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR