Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə kütləvi zəhərlənmə baş verib.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, zəhərlənmə hadisəsi ilə bağlı 14 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
"Onların səhhətində ciddi narahatlıq müşahidə edilməyib və ilkin tibbi yardım göstərildikdən sonra təxminən 2 saat ərzində evə buraxılıblar".
Zəhərlənmənin mənşəyi məsələsinə gəldikdə isə E,Hidayətoğlu bildirdi ki, hadisənin qaz sızması nəticəsində baş verdiyi deyilir.