Bakıda məşhur supermarket şəbəkəsi bağlanır

SOSİAL
13:45 25.04.2016
5237
Bakıda ötən il fəaliyyətə başlamış və cəmi 4 filial açmış “ SuperMarket-№1” bağlanır.
Marjanın məlumatına görə, şəbəkənin filiallarının bağlanmasına, 20 Yanvar metrosu yaxınlığında “Nəsimi” filialından başlanılıb.
Hazırda topdansatış şirkətləri mağazadakı öz mallarını geri təhvil almaqla məşğuldurlar.
Şəbəkənin “Nəsimi” filialı həm “SuperMarket-№1”in, həm də Bakının ən böyük supermarketlərindən biri hesab olunurdu.
Qeyd edək ki, “SuperMarket-№1”lərin olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilirdi. İdmançı “SuperMarket-№1”lərin ona məxsus olduğunu təsdiq etmişdi.
Şəbəkənin 500 nəfər civarında işçisinin olduğu bilinirdi.
Qeyd edək ki, bir neçə gün öncə "Rahat Market" şəbəkəsinin 10 şöbəsi bağlanmışdı. Supermarket şəbəkələrinin rəhbərləri bildirirlər ki, hökumət ƏDV-ni 0 faizə salmadan gəlirlər işləmək çətindir. Market rəhbərləri bununla bağlı nazirə məktub da yazmışdılar.

OXŞAR XƏBƏRLƏR