“Elmlər Akademiyası” metrosu yaxınlığında baş verən davada bıçaqlanan 4 nəfərin hamısı xəstəxanaya yerləşdirilib
Bu gecə saat 02:00 radələrində Bakının Yasamal rayonu ərazisində 4 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib. Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsindən verilən məlumata görə, Hüseyn Cavid prospektində “Elmlər Akademiyası” metrosu yaxınlığında baş verən davada bıçaqlanan şəxslərin hamısı xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 21 yaşlı Toğrul Əhmədov, 27 yaşlı Elxan Əliyev, 23 yaşlı Şükür Əbülfəzli və 23 Rahib Tanrıverdiyevdir. Hadisəni törədən şəxslərin spirtli içki qəbul etdikləri bildirilir. Kütləvi davanın da elə sərxoş şəxslərin mübahisəsi zamanı baş verib. Lakin mübahisənin nə səbəbdən yarandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.