Bakıda metrodan istifadə edənlərin sayı azalıb

Bakıda metrodan istifadə edənlərin sayı azalıb
SOSİAL
15:52 16.08.2025
425
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587.1 min olub.

AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 1.9% azalma deməkdir.

Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103.4 min sərnişin istifadə edib.

Xatırladaq ki, hazırda Bakıda metropolitendə stansiyaların sayı 27-dir.
OXŞAR XƏBƏRLƏR