Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı

Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı
SOSİAL
21:06 01.06.2024
162
Bakıda qəbir üstündən 110 manatlıq gül çələngi oğurlayan şəxs həbs edilib.

AZXEBER.COM qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində baş verib.

Emin adlı şəxs dünyasını dəyişən atasının məzarına 110 manatlıq gül çələngi qoyub.

1986-cı il təvəllüdlü Zabil Hümmətov (ad, soyad şərtidir) məzarlıqda gəzəndə həmin çələngi görüb.

İşsiz olduğu üçün gülləri götürüb satmaq istəyib.

O, saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs edilib.
OXŞAR XƏBƏRLƏR