Bakıda – Ağ Şəhər yaşayış kompleksində 4 ulduzlu "Harmony Hotel Baku”nun açılış mərasimi baş tutub.
AZXEBER.COM xəbər verir ki, ölkəmizdə turizm sektorunun sürətli inkişafı, paytaxtda dünya standartları səviyyəsində hotellərin fəaliyyəti üçün stimul yaradır. Heç şübhəsiz dünyanın dörd bir yanından doğma Bakımıza səfər edən turistlərin ən çox üz tutduqları məkan isə Bakının füsunkər dəniz mənzərəsini özündə cəmləyən Bakı bulvarıdır.
Yeni yaradılan Ağ Şəhər layihəsinin incilərindən olan "Harmony Hotel Baku” hoteli də məhz füsunkar Bakı mənzərəsini şəhərimizin qonaqları üçün ən ideal formada təqdim edir.
Ötən gün hotelin ictimaiyyət üçün təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində hotelin qurulması və ümumi otaqların sayı, qonaqlar üçün hazırlanan şəraitlə bağlı geniş məlumat verilib.
Bakının mərkəzi Nizami küçəsinə cəmi 3,5 km aralıqda yerləşən "Harmony Hotel Baku”nun nəfis tərtibatla qurulan interyeri və müasirliyi ilə diqqəti cəlb edir.
Burada aparılan işlərin nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb.
Xəqani Rüstəmov 7 C ünvanında yerləşən "Harmony Hotel Baku” öz qonaqlarının yolunu səbirsizliklə gözləyir.
Tel: 050 777 65 55 / 012 404-80-70