Bakıda mikroavtobus yük maşını ilə toqquşdu - 6 nəfər yaralandı

Bakıda mikroavtobus yük maşını ilə toqquşdu - 6 nəfər yaralandı
SOSİAL
10:10 29.07.2019
4548
Qaradağ rayonu, "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.
 
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, mikroavtobus yük avtomobili ilə toqquşub. 

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadaı yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb.

Həkimlərin məlumatına görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağırdır.

OXŞAR XƏBƏRLƏR