Qaradağ rayonu, "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadaı yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb.
Həkimlərin məlumatına görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağırdır.