Bakıda minik avtomobili ilə evakuator toqquşdu: Ölən var

Bakıda minik avtomobili ilə evakuator toqquşdu: Ölən var
SOSİAL
13:35 06.09.2017
1269

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes” markalı minik avtomobili və "Mercedes” markalı evakuator toqquşub.

AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramizqızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR