Bakıda minik avtomobilləri toqquşdu - 2 nəfər öldü

Bakıda minik avtomobilləri toqquşdu -  2 nəfər öldü
SOSİAL
10:08 22.04.2020
1611
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda "Opel” və "VAZ” markalı iki minik avtomobili toqquşub.

AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR