Bakıda modelin ev almaq üçün topladığı pulu BİBİSİ OĞURLADI

Bakıda modelin ev almaq üçün topladığı pulu BİBİSİ OĞURLADI
SOSİAL
21:57 20.06.2026
245
Bakıda modelin ev almaq üçün yığdığı pul oğurlanıb.
 
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

İttiham aktına görə, 42 yaşlı Xatirə İsayeva (adı və soyadı şərtidir) model olan qardaşı qızı Samirənin (şərti adla) pulları çarpayının döşəyinin altında gizlətdiyini görüb. Gecə saat 1 radələrində sərxoş halda həmin pulların yeri yadına düşüb və oğurluq etmək qərarına gəlib. Beləliklə Xatirə Samirənin yığdığı pullardan 4 500 manatı götürüb və hissə-hissə xərcləyib.
Samirə oğurluğu biləndə, pulların yerini yalnız bibisinin bildiyini düşünüb və ondan şübhələnib.

Faktla bağlı Xatirə İsayeva saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2022-ci ildə Türkiyədə ərindən boşanaraq, Bakıya gəlib. Nəsimi rayonunda xalası ilə bir evdə qalıb. Qardaşı qızı Samirə də qonşuluqda qalırmış. Bir gün Samirənin 20 min manat pulu yatdığı çarpayının döşəyinin altına qoyduğunu görüb və maddi vəziyyəti çətin olduğu üçün məlum oğurluğu törətmək qərarına gəlib.
Xatirə İsayeva əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib.

Modellik fəaliyyəti göstərən zərərçəkən Samirə İsayeva həmin pulları ev almaq üçün yığdığını bildirib. Onun sözlərinə görə, atasından qalma torpağı da sataraq pulun üstünü düzəldib. Samirə bildirib ki, bibisi əvvəlcə günahı boynuna almayıb, hətta özü Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng vuraraq, məlumat verib. Lakin sonradan hər şeyi boynuna alıb.
S.İsayeva bibisinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Xatirə İsayeva 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
OXŞAR XƏBƏRLƏR