Bakıda moped divara çırpıldı: Ölən var

Bakıda moped divara çırpıldı: Ölən var
SOSİAL
09:25 16.03.2026
145
Bakıda moped qəzaya uğrayıb.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində baş verib.

2005-ci il təvəllüdlü Hüseyn Mayıl oğlu Mayılovun idarə etdiyi "Champ" markalı moped divara çırpılıb. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR