Bakıda müəmmalı olay: polis "BMW"si ilə birgə itkin düşən gənci axtarır

Bakıda müəmmalı olay: polis "BMW"si ilə birgə itkin düşən gənci axtarır
SOSİAL
23:21 11.11.2018
4657
Bakıda polisə müraciət edən qadın oğlunun itkin düşdüyünü bildirib.

AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, Dilbər Məhərrəmova (ad şərtidir) Yasamal rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, oğlu Elçin Məhərrəmov 5 noyabr tarixində itkin düşüb. Qadının sözlərinə görə, oğlunu sonuncu dəfə noyabrın 5-də saat 16:30 radələrində Mirəli Seyidov küçəsində "ART” hotelin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu "BMW” markalı avtomobili ilə birgə görüblər.

Müraciət əsasında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR