Bakıda naqil oğruları saxlanıldı

Bakıda naqil oğruları saxlanıldı
SOSİAL
14:49 27.01.2026
344
Sabunçu rayonu ərazisində obyektlərdən naqil və əlvan metalların oğurlanması barədə polisə məlumat daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı H.Quliyev, 38 yaşlı Ə.Saqiyev və 33 yaşlı R.Əhmədov saxlanılıblar.
 
Araşdırma zamanı dəstə üzvlərinin daha iki evdən məişət əşyaları və inşaat materialları oğurladıqları müəyyən edilib. Onların taladıqları naqilləri metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR