Bakıda narkotik konfetlər – FOTO

KRİMİNAL
17:18 05.09.2013
2791

Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Məlumata görə, təcridxanada Cinayət Məcəlləsinin 177.2.1, 178.2.1, 177.2.2, 178.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şamil Əkbər oğlu Hüseynova uzaq qohumu vətəndaş Vüsal Balasər oğlu Şükürovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı karamel konfetlərinin 2 (iki) ədədinin içərisində gizlədilmiş, xalis çəkisi 4.108 qr olan narkotik maddə “tiryək” aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.//anspress

 

OXŞAR XƏBƏRLƏR