Bakıda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı S.Əliyev, 37 yaşlı P.Himmətov və 31 yaşlı F.Abdullazadə saxlanılıblar.
Onlardan 4 kiloqramdan artıq narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırmalarla saxlanılanların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.