Bakıda naxçıvanlı barda işləyən qızı ölümcül döydü

Bakıda naxçıvanlı barda işləyən qızı ölümcül döydü
Bütün Xəbərlər
13:29 02.05.2014
2022
Qadın gecə klubundan xəstəxanaya çatdırılıb.
Binəqədi rayonunda aprel ayının 30-dan mayın 1-nə keçən gecə gecə klublarının birində 38 yaşlı Asxadova Maya Kamil qızı ölümcül döyülüb.
Bu barədə Binəqədi rayon polis idarəsində bildiriblər.
Məlumdur ki, səhər saat 06.00-da Asxadova 5-ci polis idarəsinin ərazisində, Səttar Bəhlulzadə küçəsində yerləşən “Ozan” kafe-bardan Kliniki tibbi mərkəzə gətirilib. Gecə saat 23.45-də qadın aldığı zərbələrdən vəfat edib.
İstintaq zamanı məlum olub ki, qadını Naxçıvan MR-in Babək rayon sakini 1964-cü il təvəllüdlü Sadiq Süleymanov döyüb.
Hal-hazırda hüquq mühafizə orqanları cinayətin motivini müəyyənləşdirirlər. Cinayət işinin hansı maddə ilə açılacağı hələ ki, məlum deyil.(Oxu.az)
OXŞAR XƏBƏRLƏR