Bakıda nəqliyyat problemi həll edilir? — FOTOLAR

Bakıda nəqliyyat problemi həll edilir? — FOTOLAR
Bütün Xəbərlər
19:00 11.02.2015
1481

Əsasən aqrar ölkə olan, şəhərləşmə prossesinin ləng getdiyi Sovet ittifaqının dağılmasından sonra, yerində yaranmış müstəqil dövlətlərin çoxsaylı problemlərindən biri də, plansız, sürətli, xaotik urbanizasiya oldu.

Sovet kənd təsərrüfat sisteminin çöküşü, kollektiv təsərrüfatların dağılmasına, daha sonra aqrar sənaye kompleksinin demək olar ki, tam fəaliyyətini dayandırmasına gətirib çıxardı. Əhalisinin böyük bir hissəsinin kənd rayonlarında yaşadığı Azərbaycan da bu prosseslərdən kənarda qalmadı. Respublikanın paytaxtı, Sovetlərin 5-ci böyük şəhəri sayılan Bakı qısa müddət ərzində əyalətdən iş axtarmaq üçün gələnlərin axınına uğradı. Kirayə mənzillərin qiyməti qalxdı, şəhərdə bütün məhsullara tələbat artdı, daşınmaz əmlak bazarı dünyanın iri meqapolislərindəki qiymətlərlə çalxalandı. İnşaat bumu, şəhərdə pul qazanmaq üçün yaranan imkanlar kapitallaşmanı sürətləndirdi.

Əhalisinin sayı son 20 ildə az qala 4-5 dəfə artmış Bakı çox ciddi, və ilk görüşdən nizamlanması mümkün olmaya bir nəqliyyat problemi ilə üz-üzə qaldı. Küçələrin, şəhərdaxili körpülərin yetərsizliyi, yeraltı tunellərin və yerüstü piyada keçidlərinin isə demək olar ki, heç olmaması paytaxt nəqliyyatını iflic halına saldı. 2003-cü ildən həyata keçirilməsinə start verilmiş iri nəqliyyat-tikinti layihələrinin mərhələlərlə həyata keçirilməsi nəticəsində böyüyən şəhərimizin tıxac problemi qismən də olsa, aradan qaldırıldı. Yeni tunellər, yeraltı və yerüstü keçidlər, yol ötürücüləri həqliyyardakı sıxlığı və gərginliyi bir az yüngülləşdirdi. Amma sürətlə gedən inkişafın fonunda və şəhərə gətirilən nəqliyyat vasitələrinin sayı nəzərə alındığında, nəqliyyat probleminin hələ tam aradan qaldırılmasından danışmaq çox tezdir. Bunun üçün şəhərdəki tikintinin azaldılması, əhalinin şəhərətrafı rayonlara yayılmasını təmin etmək hələ də mümkün olmayıb. Amma son illər nəqliyyat sahəsində görülən işlər onu deməyə əsas verir ki, infrastrukturu 1 milyon əhali üçün hesablanmış Bakının 5 milyon insanı və yüzminlərlə nəqliyyat vasitəsini çətinliklə də olsa "həzm etməsi" çox böyük nəticədir.

NİİM

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli Sərəncamının icrası olaraq Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılmasına başlanıldı. NİİM -in 2009-cu ilin aprel ayından binanın tikintisinə başlanıldı. Xarici şirkətlərlə əlaqələrin yaradıldı, Bakı şəhəri üzrə müasir avadanlıqların çatdırılması və quraşdırılmasına dair intensiv işlər aparıldı. Real rejimdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 29 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılışdan sonra fəaliyyətə başladı.

Bu mərkəz nəqliyyatda təhlükəsizliyi, rahatlığı, effektivliyi, çevikliyi və ətraf mühitin qorunmasını təmin edən İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarəedilməsinə, mövcud vəziyyətin təhlili və optimallaşdırılmasına, qəzaların və hadisələrin qeydə alınmasına, avtomatik rejimdə göstərişlərin formalaşdırılması və yerinə yetirilməsinə əsaslanır. Paytaxtımızın küçələrində, dayanacaqlarda quraşdırılmış dünya standarlarına uyğun, məlumat ekranlı, 24 saat sərnişinlərə nəqliyyatdakı vəziyyət haqqında yazılı və səsli məlumat verən müasir dayanacaqlar, əhalinin nəqliyyat sahəsində maarifləndirilməsini təmin etməkdədir.

Avto FM radiosu: şəhər nəqliyyatının canlı efirdə tənzimlənməsi

2014-cü ilin yanvar ayında fəaliyyətə başlayan Avto FM radiosu hazırda Azərbaycanın ən populyar və ən çox dinlənən radiosudur. Fəaliyyətə başlamasından bir il keçməsinə baxmayaraq "Avto FM" illərlə fəaliyyət göstərən radiostansiyaları geridə qoyaraq hazırda ən böyük dinləyici auditoriyasına malik bir radiodur. "Avto FM"i xalq arasında populyarlaşdıran birinci səbəb bu radionun günün istənilən vaxtında respublikanın yollarında baş verən hadisələri operativ şəkildə dinləyicilərinə çatdırmasıdır. Radionun efir vaxtı demək olar ki, dinləyicilərin ixtiyarındadır. Şəhərimizin yollarındakı tıxanıqlığın həddini canlı efirdə, NİİM-in kameraları vasitəsi ilə izləyərək, sürücüləri boş və ya nisbətən seyrək yollara yönəldən "Avto FM" əməkdaşları nəqliyyat probleminin həllində bu gün çox böyük rol oynayırlar. Dinləyicilərin, sürücülərin radionun birbaşa efirinə zəng edərək öz fikirlərini, iradlarını, təkliflərini səsləndirmək imkanları var. Bu da nəqliyyatdakı problemə əlaqədar orqanlardan başqa vətəndaş baxışını və mövqeyini də əks etdirir. Keçirilən rəy sorğusuna əsasən, əksər sürücü və sərnişinlər "Avto FM"in fəaliyyətini nəqliyyat probleminin həll olunmasında ən vacib amil kimi qiymətləndirirlər. Şəhərimizin getdikcə daha da böyüməsi, əhalisinin və bununla paralel olaraq nəqliyyat vasitələrinin də artması bu sahənin həmişə xüsusi diqqətdə olmasının vacibliyindən xəbər verir.

Ümummilli lider, Ulu öndər Heydər Əliyevin seçdiyi və əksər postsovet ölkələri üçün örnək ola biləcək siyasi kurs və iqtisadi strategiyanın izi ilə gedən müasir Azərbaycan Respublikası inkişaf yolunda əsas maneələri aşmış və artıq inkişaf etmiş ölkələrlə rəqabət edə biləcək gücə sahib bir dövlətdir. Daha böyük nailiyyətlər və uğurlar üçün isə lazım olan əsas şərt daxili sabitlik, ölkənin elmi potensialının artması və vətəndaş həmrəyliyidir. Bu şərtlərin yerinə yetdiyi hər bir ölkə tarixdə özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Hər üç şərtin yerinə yetirildi ölkəmizi isə inkişaf yolundan döndərməyə artıq heç bir düşmanın gücü yetməz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"