Bakıda növbəti intihara cəhd - Qadın 4-cü mərtəbədən özünü atmaq istədi (VİDEO)

SOSİAL
13:15 27.03.2018
2444

Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, Xətai rayonu ərazisində, Xocalı prospektində bir qadın doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyib.


O, yaşadığı mənzilin eyvanına çıxaraq intihar edəcəyini deyib. Hadisə yerinə təcili FHN-in xilasediciləri cəlb edilib. Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. Eyvandan düşürülən şəxsə tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR