Bakıda növbəti radar “əməliyyatı” həyata keçirilib. AZXEBER.COM-un məlumatına görə, ötən gün “Youtube”a yerləşdirilən video sosial şəbəkə istifadəçiləri tərindən birmənalı qarşılanmayıb. Videoda 2 vətəndaşın qara “Vaz 2107” markalı avtomobildə radarın gizlədildiyini ifşa etməsi göstərilir. Belə ki, telefon kamerası ilə çəkiliş aparıldığını görən radarı işlədən şəxs yol polislərinə zəng edərək onları köməyə çağırır. Lakin həmin aktiv vətəndaşın arqumentləri qarşısında polislər də heç nə edə bilmirlər və nəticədə “Vaz 2107” dəki şəxs ərazidən qaçmalı olub.
AZXEBER.COM portalı həmin görüntüləri təqdim edir...