Bakıda oğlan sevdiyi qıza görə özünü 9-cu mərtəbədən atdı

MARAQLI
11:08 08.04.2013
8026

Bakının Yasamal rayonu ərazisində dəhşətli intihar olub.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Ş.Mehdiyev küçəsi, mənzil 63-də yaşayan 21 yaşlıBabək Şahbazovözünü hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən atıb.

Gənc aldığı xəsarətdən hadisə yerində keçinib.

B.Şahbazovun özünə qəsd etməsinin səbəbi məlum olmasa da, sevdiyi qıza görə intihar etdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR