Bakıda oğlan sevdiyi qıza silah çəkdi

SOSİAL
16:28 16.05.2016
1785
Bakıda qadını öldürəcəyi ilə hədələyən şəxs tutulub.
Hadisə Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən verilən məlumata görə, mayın 13-də Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci polis bölməsinə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.
Yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmixan Əliyev saxlanılıb və ondan hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülüb.
"İsmixan Əliyev qıza qarşılıq verdmədiyi təqdirdə onu öldürəcəyini deyib".
Polis bölməsindən onu da bildirdilər ki, hadisəyə səbəb gəncin Şəfa Əkbərovanı sevməsi olub. Gənc əli silahlı mağazaya gəldikdə qadına onu sevdiyini, qarşılıq verdmədiyi təqdirdə onu öldürəcəyini deyib.
Artıq saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
İndi sevgisinə cavab ala bilməyən gənci iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bakıda bənzər hadisə təxminən 1 il əvvəl də yaşanıb. Nizami rayonunun Bəhruz Nuriyev küçəsi 81 ünvanında 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayeva Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov tərəfindən öldürülüb.
Qızı qətlə yetirən İzzət Hüseynov ifadəsində bildirib ki, hadisəni qısqanclıq səbəbindən törədib.
Aytac Babayevanı sevən İzzət Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısıoğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyini deyib.
“Ya mənim olmalısan, ya da torpağın” deyən oğlan qızı qətlə yetirib.
Anspress.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq