Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən əməliyyat

SOSİAL
13:28 05.02.2025
132
Bakıda gənc qız şantaj olunub.

Hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, 21 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri yayacağı ilə hədə-qorxu gəldiyini və ondan 1200 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Ü.İbrahimov müəyyən olunaraq saxlanılıb. Ü.İbrahimovun zərərçəkənin sevgilisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
//Oxu.az

OXŞAR XƏBƏRLƏR