48 saylı orta məktəbin ərazisində baş vermiş torpaq uçqunu məktəb binasına hər hansı ziyan vurmayıb.
Bu barədə açıqlamasında məktəbin direktoru Şahismayıl Rüstəmov bildirib. O qeyd edib ki, uçqun məktəb binasından xeyli aralıda baş verib və stadionun kənarında bir neçə metrlik ərazini əhatə edib: "Hadisə gecə saatlarında baş verib. Yağışın təsiri ilə torpaq uçqunu olub, hər hansı xəsarət və ya maddi ziyan yoxdur".
///Lent.az