Bakıda oruc tutan sürücülərə sürpriz - FOTOLAR

İQTİSADİYYAT
13:35 22.07.2013
5796

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramazan ayı münasibətilə fərqli aksiya keçirib.

AZXEBER.COM-un məlumatına görə, iftar zamanı işıqforlarda dayanan sürücülərə Mərkəzin əməkdaşları tərəfindən xurma və su, əlavə olaraq isə kiçik hədiyyələr və oruc tutan sürücülər üçün tövsiyələr olan bukletlər paylanılıb. 

Bu xeyriyyə aksiyası sayəsində bir çox insan sükan arxasında olduqları halda belə iftarlarını vaxtında aça biliblər. Sürücülər NİİM tərəfindən həyata keçirilən bu xeyriyyə aksiyasını yüksək qiymətləndiriblər.

Bu, NİİM tərəfindən keçirilən ilk belə aksiya deyil. Bundan əvvəl də Mərkəz bir çox xeyriyyə aksiyalarına imza atıb.

Qeyd edək ki,2011-ci ildə fəaliyyətə başlayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin başlıca məqsədi paytaxtımızda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır.

OXŞAR XƏBƏRLƏR