Bakıda oğul anasını öldürməsi barədə polisə yalan məlumat verib

KRİMİNAL
12:18 30.01.2014
1684

Bakı sakini anasını öldürdüyü barədə polisə yalan məlumat verib.

Nəsimi Rayon Polis İdarəsindən APA- ya verilən məlumata görə, Bakı şəhər sakini, Abbas Səhhət küçəsi, ev-29-da yaşayan 1972-ci il təvəllüdlü Əvəz Müseyib oğlu Xıdırov “102” xidmətinə zəng edərək anası, 1941-ci il təvəllüdlü Nərgiz Xıdırovanı qətlə yetirdiyini bildirib.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və məlum olub ki, N. Xıdırova xəstəlikdən dünyasını dəyişib.

Polisdən, həmçinin bildirilib ki, Ə. Xıdırov “102” xidmətinə məlumat verərkən içkili olub.

OXŞAR XƏBƏRLƏR