Bakıda parkda kütləvi dava olub, bıçaqlanan var

Bakıda parkda kütləvi dava olub, bıçaqlanan var
SOSİAL
22:45 16.03.2024
363
Bakıda kütləvi dava olub.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada üç-dörd yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.

Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.
Məhkəmə istintaqı davam edir.
OXŞAR XƏBƏRLƏR