“Bakıda parkları məhv etdiklərinə görə medal icra başçılarına verilsin” - Deputat

“Bakıda parkları məhv etdiklərinə görə medal icra başçılarına verilsin” - Deputat
SİYASƏT
16:16 13.05.2022
506
"Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin”.
 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu gün bizdə səhralaşma gedir, yaşıllıqlar məhv edilir.
OXŞAR XƏBƏRLƏR