Bakıda partlayış nəticəsində ölənlərdən biri Gürcüstan vətəndaşıdır

Bakıda partlayış nəticəsində ölənlərdən biri Gürcüstan vətəndaşıdır
SOSİAL
00:04 16.01.2024
486
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış baş verib. Hadisə zamanı 7 nəfər həlak olub.

AZXEBER.COM unikal-a istinadən xəbər verir ki, məlumata əsasən, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb.

Xəbər portalımıza daxil olan digər bir məlumata görə, həyatını itirən şəxslərdən biri, 35 yaşlı Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kənd sakini Sərrac Yusubovdur.
OXŞAR XƏBƏRLƏR