Paytaxt sakini spirtli içkidən zəhərlənib.
Bakı sakinlərindən biri Milli.Az-a bildirib ki, o, 3 gün əvvəl Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən mağazalardan birindən aldığı pivə butulkasının içindəki naməlum şeylərə görə zəhərlənib:
"Qəsəbədəki "Premium market"dən Azərbaycan istehsalı olan "Xırdalan" pivəsi aldım. Butulkaya diqqət etmədən bilməyib açıb içdim. Gördüm ki, içindən zir-zibil çıxdı. Pivəni içəndən sonra zəhərləndim. O qədər iyrəndim ki, qaytardım. Ondan sonra 1 gün ancaq qatıq içmişəm. Butulkadakı pivənin qalanını hələ də saxlamışam. Bunu xəbər verdim ki, başqaları da ayıq olsunlar ki, başlarına belə iş gəlməsin".
Alıcı əlavə edib ki, o, bunun zavodun, yoxsa mağazanın günahı ucbatından baş verdiyini dəqiq bilməsə də, müvafiq dövlət qurumlarının belə şeylərə nəzarəti artırmalarını istəyib.