Bakıda piyada zonalarının sayı artırılacaq

SOSİAL
17:40 06.02.2025
120
Bu il Bakıda yeni piyada zonalarının yaradılması planlaşdırılır.

Bu barədə "Report”un sorğusunun cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, əsas məqsəd paytaxtın sakinlər üçün daha rahat və əlverişli vəziyyətə gətirilməsidir.

"Piyadaların şəhər mobilliyində əsas yer tutması üçün artıq bir sıra layihələr reallaşdırılıb. Avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını və piyada zolağının yaradılmasını nəzərdə tutan ilk layihə Xaqani bağının ətrafında həyata keçirilib. Daha sonra Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması isə faktiki olaraq Nizami küçəsindən Dənizkənarı Milli Parka qədər piyada zolağının genişləndirilməsinə imkan verib.

Metronun "28 May” stansiyasının qarşısındakı meydanın abadlaşdırılması paytaxtın həmişə izdihamlı olan bu guşəsini təkcə çoxfunksiyalı nəqliyyat qovşağına deyil, həm də şəhərin görkəminə gözəllik verən geniş piyada zolağına çevirib. Bu dəyişikliklər şəhər mühitinin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Piyada infrastrukturunun təhlükəsizlik və əlçatanlıq standartlarına cavab verməsi istiqamətində aparılan işlər bu il də davam etdiriləcək”, - deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır