Bakıda polis 21 yaşlı qızı axtarır

Bakıda polis 21 yaşlı qızı axtarır
SOSİAL
19:16 23.05.2022
236
Bakıda gənc qız itkin düşüb.

Paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində yaşayan 21 yaşlı Sahibə Vüqar qızı Əliyeva evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun yaxınları polisə məlumat veriblər.

Gənc qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
//Lent.az
OXŞAR XƏBƏRLƏR