Polis maşını ilə "Porsche" toqquşdu: 1 polis öldü, digərləri yaralandı - VİDEO

Polis maşını ilə "Porsche" toqquşdu: 1 polis öldü, digərləri yaralandı - VİDEO
SOSİAL
11:28 30.05.2017
11064
Bakıda polis avtomobili minik avtomobili ilə toqquşub.

Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, "SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. 

Səbail Rayon Polis İdarəsinə məxsus "Fiat Doblo” markalı avtomobil "Porsche” markalı avtomaşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, qəzanın görüntülərini Orxan Kərimov adlı "Facebook” istifadəçisi öz səhifəsində paylaşıb.
 
///APA


OXŞAR XƏBƏRLƏR