Bakıda "Toyota Prado" və moped qaçıran şəxslər saxlanıldı - ANBAAN VİDEO

Bakıda "Toyota Prado" və moped qaçıran şəxslər saxlanıldı - ANBAAN VİDEO
SOSİAL
12:55 24.05.2021
4780
Binəqədi rayonunda "Toyota Prado” markalı avtomobil oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək maşını qaçırıb. 

Zərərçəkən vətəndaş ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb. 

Qısa zamanda görülən tədbir nəticəsində avtomobilin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən edilib. 

Maşını qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq nəqliyyat vasitəsini dayandırmaq istəməsə də, 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində o, saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman avtomobili qaçıran şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Mirzəağa Zərbəliyev olduğu müəyyən edilib. O, ifadəsində nəqliyyat vasitəsini talamaq yox, sürmək məqsədi ilə qaçırdığını bildirib. Mirzağa Zərbəliyevin nəqliyyat vasitəsini qaçırması və idarə etməsi kameralar vasitəsi ilə qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt ərazisində yerləşən restoranlardan birində kuryerlik fəaliyyəti ilə məşğul olan bir nəfərin mopedini oğurlayan Xanlar Vəlişov və Seymur Sadıqov tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər qeyd edilən restorandan yaşadıqları evə yemək sifariş ediblər. Kuryer yeməyi mənzilə qaldıran zaman əvvəldən razılaşdırdıqları kimi dəstə üzvü olan Seymur Sadıqov mopedi idarə edərək hadisə yerindən yayınıb. Dəstə üzvləri saxlanılan zaman oğurladıqları moped də onlardan aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək