Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
AZXEBER.COM bildirir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli küçəsi 45 ünvanının qarşısında qeydə alınıb.
Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1991-ci il təvəllüdlü Əli Adıgözəl oğlu Heydərov idarə etdiyi "VAZ-21154" markalı, 90 RB 215 dövlət nömrə nişanlı avtomobili maneəyə çırpıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.