Bakıda polis qəzada həlak oldu

Bakıda polis qəzada həlak oldu
SOSİAL
11:28 05.05.2022
481
Bakı şəhərində polis qəzada vəfat edib.

AZXEBER.COM-un məlumatına görə, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Quliyev Vasif Qulu oğlu idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb. 

Baş Dövlət Yol Polis İdarəsindən fakt təsdiqlənib.

Bildirilib ki, 1988-ci il təvəllüdlü Quliyev Vasif Qulu oğlu xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:

"V.Quliyev hadisə yerində ölüb”.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR