Bakıda polis rəisinə məxsus avtobusun sürücüləri qayda-qanun tanımır–VİDEO

Bakıda polis rəisinə məxsus avtobusun sürücüləri qayda-qanun tanımır–VİDEO
SOSİAL
14:12 09.03.2017
12422
Bakıda polis bölmələrindən birinin rəisinə məxsus olduğu deyilən "Çinar M-trans” şirkətinin avtobuslarını idarə edən sürücülərin qayda-qanun tanımadığı çoxlarına məlumdur. 88 nömrəli marşrutun timsalında bunu bilmək elə də çətin deyil. Bu dəfə isə 4 nömrəli marşrut üzrə hərəkət edən avtobus sürücüsü Avtosfer.az-ın kamerasına tuş gəlib.
 
Martın 6-da, saat 18.11 radələrində Üzeyir Hacıbəyov küçəsindən Puşkin küçəsinə dönən sürücü qəflətən qarşısında "boz ayı” görüb. Avtobusun sükanı arxasında əyləşən həmin "boz ayı” qabaqdangəlmişlik edərək işıqları yandırıb-söndürüb ki, yol ver. Lakin arxada 7-8 avtomobil olduğu üçün "boz ayı”ya yol vermək mümkün olmayıb. Nəticədə təxminən 2 dəqiqəyə yaxın müddətdə həmin 7-8 avtomobilin sürücüsü 99 JK 296 dövlət nömrəli avtobusun öz yoluna qayıtmasını gözləyiblər. Buna görə də, həmin ərazidə sıxlıq yaranıb.
 
Sürücü bildirir ki, düzünə hərəkət edib 28 May küçəsinə yaxınlaşan zaman 4 nömrəli xətt üzrə hərəkət edən daha bir avtobusun qarşı yola çıxaraq qəza şəraiti yaratdığının şahidi olub. Təqdim olunan videoda hər şey aydın görünür. Və bundan əvvəl də Avtosfer.az-da yayılan videolar onu deməyə əsas verir ki, "Çinar M-trans” şirkəti tez-tez avtobusları dəyişərək yenisi ilə əvəz etsə də, bu avtobusları idarə edən sürücülərinin əksəriyyətinin beynini və düşüncəsini dəyişə bilməyib. Onların ən çox qayda pozuntuları yolayrıcını keçmə qaydaları və qarşı yola çıxmaqdır. Bəzən svetoforu da saymırlar.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb