Bakıda polis rəisinin müavininin və oğlunun güllələndiyi ərazidən - FOTOLAR

Bakıda polis rəisinin müavininin və oğlunun güllələndiyi ərazidən -  FOTOLAR
KRİMİNAL
00:41 24.02.2014
4601

Bakının Sabunçu rayonunda baş verən atışmanın bəzi təfərrüatları da məlum olub.

Bakının Sabunçu rayonunda baş verən atışmanın bəzi təfərrüatları da məlum olub.APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, silahlı insidentə səbəb rayonun Musabəyov küçəsində yaşayan Gülağa Lətifovun ərazidə aparmaq istədiyi tikinti ilə bağlı qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovla mübahisə etməsi olub.

Belə ki, qəsəbədəki 68 saylı orta məktəbin həyətində stadion üçün nəzərdə tutulmuş ərazidə çay evi tikdirmək istəyən Gülağa Lətifova Musabəyov küçəsində yaşayan sakinlər etiraz ediblər. Həmin küçənin daha bir sakini Nazim SüleymanovAPA-ya deyib ki, G. Lətifov məktəbin balansında olan əraziyə daş tökdürərək qanunsuz tikintiyə başlamaq istəyib. Ona tikinti aparmaması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən də xəbərdarlıq edilib.

Lakin G. Lətifov bu gün tikintiyə başlayıb, sakinlər isə ona mane olmağa çalışıblar. Bu zaman G. Lətifov silaha əl atıb. Maşınında gəzdirdiyi "Vinçester" markalı tüfənglə qonşuları Asif Nəzərov, Yusif Əlipaşayev və Akif Nəzərovu ağır yaralayıb, ərazidə olan digər qonşu Fərid Qədirov isə aldığı güllə xəsarətlərindən ölüb.

G. Lətifov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları ərazidə işləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib - FOTOLAR
12:42 21.10.2025
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib - FOTOLAR
Mahnı qalmaqalı böyüdü: "Aşıq Zülfiyyə müəllif deyil!"
12:20 21.10.2025
Mahnı qalmaqalı böyüdü: "Aşıq Zülfiyyə müəllif deyil!"
Orionid meteor yağışı olacaq
12:19 21.10.2025
Orionid meteor yağışı olacaq
“Bu, siyasi itaətsizlik nümunəsidir” - Alqış Musayevdən Aydın Mirzəzadəyə sərt sözlər
12:11 21.10.2025
“Bu, siyasi itaətsizlik nümunəsidir” - Alqış Musayevdən Aydın Mirzəzadəyə sərt sözlər
"Yazılanlar şişirdilib, 1 milyon avro..." - İsa Həbibbəyli qızının başına gələnlərdən danışdı
12:09 21.10.2025
"Yazılanlar şişirdilib, 1 milyon avro..." - İsa Həbibbəyli qızının başına gələnlərdən danışdı
"United Airlines" təyyarəsinin şüşəsini sındıran sirli obyekt məlum oldu
12:06 21.10.2025
"United Airlines" təyyarəsinin şüşəsini sındıran sirli obyekt məlum oldu
Tokayev: Qazaxıstanla Azərbaycan qardaş xalqlar və millətlərdir
11:58 21.10.2025
Tokayev: Qazaxıstanla Azərbaycan qardaş xalqlar və millətlərdir
"Kişi qadının sözünə baxmırsa, o evin ruzi-bərəkəti olmur” - Təranə Qumral
11:52 21.10.2025
"Kişi qadının sözünə baxmırsa, o evin ruzi-bərəkəti olmur” - Təranə Qumral
Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO
11:52 21.10.2025
Maşın skuter idarə edən şəxsi vurdu - VİDEO
"Bakubus" Bulvara girdi, ağacları aşırtdı - VİDEO
11:50 21.10.2025
"Bakubus" Bulvara girdi, ağacları aşırtdı - VİDEO
Azərbaycan və Qazaxıstan prezidentlərinin Astanada təkbətək görüşü oldu
11:44 21.10.2025
Azərbaycan və Qazaxıstan prezidentlərinin Astanada təkbətək görüşü oldu
Nikola Sarkozi həbsxanaya aparılıb
11:40 21.10.2025
Nikola Sarkozi həbsxanaya aparılıb
"Borc pul götürüb paltar tikdirmişdim, məni efirə buraxmadılar" - Türkan
11:37 21.10.2025
"Borc pul götürüb paltar tikdirmişdim, məni efirə buraxmadılar" - Türkan
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA