Bakıda polis əməkdaşları tərəfindən tapılmış 7 yaşlı Yusif Abbasovun valideynləri müəyyənləşdirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev "Facebook" sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, azyaşlı valideynlərə təhvil verilib.