Bakıda insident: Polis kafedə qadına silahla hücum edən şəxsə atəş açdı

Bakıda insident: Polis kafedə qadına silahla hücum edən şəxsə atəş açdı
SOSİAL
10:47 29.04.2022
776
Aprelin 29-na keçən gecə saat 02.50 radələlərində Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gediblər.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirib.

Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılıb, qısa zaman ərzində onun yeri aşkar edilib. Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib.

Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açmışdır.Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalamışdır.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdirmişlər.

Müəyyən edilmişdir ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.

Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
15:41 16.03.2026
Tesla yüksəlişdədir, BYD isə mövqeyini itirir
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə  - DİM açıqlama yaydı
15:39 16.03.2026
Apreldə imtahan verəcək şagirdlərin nəzərinə - DİM açıqlama yaydı
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
15:39 16.03.2026
Xarici prodüserlər Azərbaycanda film istehsalına cəlb ediləcək - Prezident təsdiqlədi
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
15:27 16.03.2026
Bakıda 25 yaşlı fəhləni elektrik cərəyanı vurdu
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
15:09 16.03.2026
İran dronları Kaliforniyanı vurmaq istəyib? - İrandan RƏSMİ AÇIQLAMA
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
15:05 16.03.2026
“Azərişıq” və “Azəriqaz”ın abonent kartlarına yüklənən vəsaitdən əlavə pul çıxılır? - AÇIQLAMA
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
15:01 16.03.2026
Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
15:01 16.03.2026
Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
14:58 16.03.2026
BƏƏ neft yükləmə əməliyyatlarını dayandırdı
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
14:47 16.03.2026
Hisslərini ən güclü şəkildə ifadə edən 5 BÜRC
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
14:45 16.03.2026
Əraqçi: ABŞ və İsrailə atəşkəs üçün müraciət olunmayıb
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
14:40 16.03.2026
“Böyük tənəffüs”: məktəblilər üçün yeni idman yarışı televiziya layihəsi başlayıb
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
14:35 16.03.2026
Gizli münasibətlərdə evlilik nisbəti daha yüksəkdir - ARAŞDIRMA
Xəzər dənizində daha bir zəlzələ oldu
14:33 16.03.2026
Xəzər dənizində daha bir zəlzələ oldu
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
14:29 16.03.2026
Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirildi - FOTOLAR
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir
14:09 16.03.2026
İsrail quru əməliyyatlarına başladı - Yaxın Şərqi daha da çətin günlər gözləyir