Bakıda polislər 10 gündür evlənən cütlüyün həyatını xilas etdi

Bakıda polislər 10 gündür evlənən cütlüyün həyatını xilas etdi
SOSİAL
13:20 04.12.2018
2660
Bakının Suraxanı rayonunda polis əməkdaşları noyabrın 25-də ailə quran gəncləri ölümdən qurtarıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki,  dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsi V yaşayış massivi ev 16 mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar. 

Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayseli halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər. Təcili tibbi yardım gələnə qədər qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.

Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər. Toğrul Hidayətzadə onun və həyat yoldaşının həyatını xilas edən, ailələrində baş verə biləcək faciənin qarşısını alan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.

Dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov "Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş "Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə 2-ci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi doplomla təltif edilib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək