Bakıda polkovnikin evini yardılar

Bakıda polkovnikin evini yardılar
SOSİAL
18:07 20.12.2016
10669

 

Bakıda mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26-da qeydə alınıb.

Belə ki, naməlum şəxslər 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyevə məxsus mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar. Mənzildə olan 20000 ABŞ dolları, 20000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi M.Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində polkovnikdir.

 
OXŞAR XƏBƏRLƏR