Post-terminal oğurlayan şəxsi polis yaxalayıb
Bakının Yasamal rayonunda post-terminal oğurlanıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kazım Əliyevin idarə etdiyi “Bakı Taxi” MMC-yə məxsus avtomobildən “Bank of Azərbaycan”a məxsus post-terminalı oğurlanıb.
Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kazım Əliyevin idarə etdiyi “Bakı Taxi” MMC-yə məxsus avtomobildən “Bank of Azərbaycan”a məxsus post-terminalı oğurlayan Ülvi Hənifəyev tutulub.