Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu

Bakıda qaçırılan avtomobil tapıldı - Oğruların inanılmaz üsulu
SOSİAL
13:09 14.10.2018
9719
8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb.

AZXEBER.COM xəbər verir ki, baku.ws-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev "Mercedes" markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb. 


 
Hüseyn Quliyev bildirir ki, oğurlanan maşın Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik ediblər.
1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb. 
Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR