Bakıda qadın ərini qətlə yetirdi

SOSİAL
12:35 23.07.2016
2313
Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan qadın ərini qətlə yetirib.
AZXEBER.COM  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.
OXŞAR XƏBƏRLƏR