Bakıda qadın kişinin cibindən külli miqdarda pul oğurladı

KRİMİNAL
14:12 06.10.2021
730
Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, oktyabrın 4-də Bakı sakini V.Mirzəyevin cibindən 2500 manat pul oğurlanıb.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini S.Qaqaşova saxlanılıb.

OXŞAR XƏBƏRLƏR