Bakıda qadın onu döyən ərini həbs etdirdi

Bakıda qadın onu döyən ərini həbs etdirdi
SOSİAL
16:01 21.09.2022
220
Nizami Rayon Məhkəməsində arvadını döyən Rəşad Məmmədova hökm oxunub.

AZXEBER.COM yeni sabah-a istinadən xəbər verir ki, hadisə bu il avqustun 29-da Bakıda baş verib.

Belə ki, Sahilə Məmmədova DİN-in 102 xidmətinə zəng edərək həyat yoldaşı, 1983-cü il təvəllüdlü Rəşad Məmmədov tərəfindən döyülməsi barədə məlumat verib. Məlumat əsasında polis əməkdaşları ünvana gedərkən Rəşad şikayətin araşdırılması üçün onlarla birlikdə polis şöbəsinə getməkdən imtina edib. O, həmçinin mənzildə yüksək səslə bağıraraq, hay-küy salaraq və nalayiq ifadələrdən istifadə edərək asayiş keşikçiləri ilə çəkişib, onların qanuni tələblərinə tabe olmayıb. Buna görə Rəşad polis şöbəsinə aparılıb. Ancaq o, analoji hərəkətlərini şöbədə də davam etdirib.

Məhkəmədə şahid qismində ifadə verən Sahilə Məmmədova ifadəsində bildirib ki, Rəşadla 18 ildir ki, evlidirlər:

"Demək olar ki, hər gün Rəşad məni döyərək incidir, işgəncə verirdi. Bəzi vaxtlar Rəşadın barəsində şikayət etsəm də, sonradan ailəmi düşünərək onun barəsində tədbir görülməsini istəmirdim. 28 avqust 2022-ci ildə Rəşad yenidən məni vurmağa başladı. Şillə vurub, saçımdan tutaraq dartdı, sonra oğlumu da itələdi. Rəşadın aqressiv hərəkətlərini görüb başqa hadisənin baş verməməsi üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat verdim. Bundan sonra polislər gəldi. Rəşadı polis şöbəsinə dəvət etsələr də, o, getmək istəmədi, ucadan söyüşlər söyüb, hay-küy saldı.”

R. Məmmədovun barəsində protokol tərtib olunaraq Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik