Daxili İşlər Nazirliyi Bakıda qadın və uşaq sığınacağına hücumla bağlı məlumat yayıb.
Bununla bağlı Oxu.Az-a DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev danışıb.
O bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub, hazırda araşdırma aparılır.
İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verən verib.
15:36
Bakıda qadın və uşaq sığınacağına hücum olub.
Bununla bağlı AZXEER.COM-a "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.
Sığınacaqda qalan qadınlardan birinin ailə yaxınları birliyə hücum edib.
Hadisə nəticəsində xəsarət alan var. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.