Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

SOSİAL
09:44 21.02.2020
2817
Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, "Aqroprom” bağları ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet